12 Noyabr 2019 21:13
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə minik avtomobili qatarla toqquşub.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com