“Sosial şəbəkələr Azərbaycan dedi-qodu, çayxanaya bənzəyir. Facebook bütün dünyaya xeyir gətirdi, Azərbaycandan başqa”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
O, siyasətçilərin sosial şəbəkədə siyasi prosesləri müzakirəsinə belə reaksiya verib: “Sosial şəbəkədəki müzakirələr insanların bütövlükdə siyasi fəaliyyətinə yönəlirsə, vay o siyasi fəaliyyətin halına. Məsələlər Facebook-da müzakirə edilib, həll olunursa, camaat da ürəyindən tikan çıxarıb düşünürsə ki, kiminsə dədəsini yandırdı, dərsini Verdi, vay o dədənin halına ki, onun belə övladı var. Kimsə də, sosial şəbəkəni siyasi fəaliyyət növü hesab edirsə, vay o adamların da halına. Kim nə istəyir desin”.
Milli Şurada fəaliyyətinizə davam edəcəksinizmi sualını isə KXCP sədri bu cür cavablandırıb:” O sualı eşidən kimi bütün jurnalistlərə təşəkkür edib deyirəm: “növbəti sualınız varmı?”.
Nərgiz
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.