21 Noyabr 2019 10:19
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 07 radələrində Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, "Mercedes" markalı qeyri-müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub.

149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə "Mercedes" markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.


Müəllif: Teleqraf.com