20 Sentyabr 2014 14:17
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanı «Əsrin Kontraktı»nın imzalanmasının 20 illik ildönümü ilə əlaqədar prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Teleqraf.com-un amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Məktubda deyilir: “Son 20 ildə “Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafına, Avropa və dünyanın enerji təchizatına töhfə vermək üçün səy göstərən və həmçinin güclü, müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli” tərəfdaşlıq edib:

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək”.

Kerri məktubunda insan haqlarının müdafiəsi, demokratiya vacibliyini də vurğulayır: “Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynayıb.

Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür”.

Samir


Müəllif:

Oxşar xəbərlər