Qubada itkin düşən 3 yaşlı qız tapılaraq ailəsinə verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək üç yaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Quba RPŞ-nin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Keçirilmiş axtarış tədbirləri nəticəsində itkin düşən 3 yaşlı qız polis əməkdaşları tərəfindən qısa bir müddətdə tapılaraq ailəsinə təhvil verilib.
Azyaşlı qızın valideynləri gecə saatlarında onların müraciətlərinə həssaslıqla yanaşaraq övladlarının sağlam halda, heç bir zərər görmədən tapılmasında göstərdikləri xidmətlə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.