Bakıda aldatma yolu ilə oğurluq hadisəsi baş verib.
Hadisə Nərimanov rayonu Ceyhun Hacıbəyli 22 ünvanında qeydə alınıb. Dekorasiya mağazasında baş verən oğurluq anbaan kameralara düşüb.
Belə ki, adıçəkilən ünvanda olan mağazaya girən naməlum şəxs özünü obyekt sahibinin dostu kimi təqdim edir. Yan mağazada işlədiyini deyən orta yaşlı kişi müştəriyə geri qalan pulun qaytarılması üçün xırdasının olmadığını bildirir və bu mağazadan 50 manat borc götürür. Bir qədər sonra oğurluq olan mağazada işləyən xanım yan obyektə getdikdə orada belə bir şəxsin işləmədiyini öyrənir. Daha sonra fırıldaqçının eyni üsulu digər mağazalarda da işlətdiyi məlum olur.
Zərərçəkmiş şəxs Orxan Məmmədov bildirib ki, oğurluq ötən gün səhər saat 11 radələrində baş verib və o, hadisə barədə artıq polisə də müraciət edib. (trend)