İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində, Türkiyə ilə sərhəd ərazidə 4,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar Türkiyənin Van şəhərində də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.