Bakının Nərimanov rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayonun S.Rəhmanov küçəsində E.Məmmədova məxsus mənzilə daxil olan naməlum şəxslər oradan 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Mehdiyev və 1997-ci il təvəllüdlü İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.
Mahir Mehdiyevin əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə əvvəllər məhkum olunduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.