Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf.com-un xəbərinə görə, rayonun M.Həsənov küçəsində Bakı şəhər sakini Aygün Qəniyeva idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.