23 May 2020 00:39
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

Respublikamızın qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb.


Müəllif: Teleqraf.com