Bakının Sabunçu rayonunda qadına qarşı soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs K.Usmanovanın qarşısını kəsib, onun qızıl boyunbağısını və sırğasını alıb.
Qadın baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rakif Ramazanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
İstintaq müəyyən edib ki, Rakif Ramazanov əvvəllər narkotik vasitələrin qanunsuz saxlaması ittihamı ilə həbs edilib və məhkum olunub.
İstintaq orqanı tərəfindən Rakif Ramazanovun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq davam edir.