Bu gün Belçika Krallığının Brussel şəhərində Azərbaycanın Belçikadakı səfirliyinin önündə soydaşlarımız ermənilərə qarşı aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, aksiyaya müxtəlif ölkələrdən - Niderlanddan, Almaniyadan soydaşlarımız qoşulub. Polis səfirliyin önündə gücləndirilmiş qaydada çalışsa da, buraya gələn ermənilər aksiyada iştirak edən azərbaycanlılara hücum edib.
Qarşıdurma zamanı ermənilər Real TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızına daşla ciddi xəsarət yetiriblər.
Təcili tibbi yardımın köməyindən sonra əməkdaşımız xəstəxanaya aparılıb, hazırda vəziyyəti qənaətbəxşdir.