25 İyul 2020 00:21
657

İmişli rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, İmişli rayonunda həyətyanı sahədə həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com