11 Avqust 2020 11:17
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və 27 sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.


Müəllif: Hacı Zeynalov