Şamaxı rayonunda ər-arvad odlu silahla hədələnib.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon polis şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.
Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.