24 Avqust 2020 11:21
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 2100 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Ömər Bəkirov saxlanılıb.

Cinayətdə iştitak edən digər şəxs isə müəyyən edilib.

Onun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həbs olunan Ömər Bəkirov əvvəllər oğurluq etdiyi üçün dəfələrlə məhkum olunub.

Onun qaraçı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər