21 Sentyabr 2020 11:39
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlığında qanunsuz ov edən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Xamis İsayev, Şamaxı rayon sakinləri Habil Əliyev, Tofiq Məhərrəmov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb: “Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər