Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 800 manat, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs - Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov saxlanılıb.