14 Dekabr 2020 15:06
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, çay evini icarə əsasında işlədən Fərid Nəbizadə polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər