Müharibənin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin Şuşadakı Mədəniyyət Evinə hücumunun nəticələrinin görüntüləri yayımlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə 4 oktyabrda, Nikol Paşinyanın birbaşa əmri ilə çox sayda polisin Şuşa Mədəniyyət Evində Azərbaycana qarşı toplandığı zaman baş verib.
Bundan sonra Azərbaycan ordusu onun yerini dəqiq müəyyənləşdirib və binanı bombalayıb. Hadisə baş verən gün Milli Təhlükəsizlik Xidmətinin o zamankı direktoru Arqişti Karamyan Nikol Paşinyana məlumat verib və digər faktları göstərib.
Bundan sonra Paşinyan öldürülən polis zabitlərinin adlarını gizli saxlamağı və bütün videoların yayımlanmasının qarşısını almaq üçün tapşırıq verib.
verib.