25 Yanvar 2021 08:05
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın İctimai asayiş Nazirliyinin keçmiş rəhbəri, 77 yaşlı Sifis Valirakis suda boğulub.

Teleqraf.com xəbər verir ki, Valirakis Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb.

O, qayıqdan sürüşərək çaya düşüb. Onun meyiti kiçik Evbei adasının yaxınlığındakı qayaların yanında tapılıb.

Valirakis 1995-1996-ci illərdə nazir olub. O, həmçinin 1997-ci ildə deputat seçilib.


Müəllif: Teleqraf.com