Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Göyçay rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib, zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.