İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Şəhərin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub.
İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.