19 Aprel 2021 10:56
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istirahət günləri daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 əfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov