Bakının Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq edib, içərisində 106 manat pul olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.
Onun rayon ərazisindəki evlərin birindən oğurluq etmiş qrupun üzvü olması müəyyən edilib.