Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bərdə rayonunda çay evində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdə baş verib.
Həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın söndürülüb.