Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Gədəbəy rayon sakini R.İsmayılzadə iyunun 19-da 2 nəfərin onu döyüb bıçaqla hədələyərək 329 manat pulunu və mobil telefonunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini A.Həsənov və Bakı şəhər sakini İ.Əhmədov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.