Gədəbəy rayonunda bir nəfər seldə boğulub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində baş verib.
Morluqlu kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib Çoban oğlu sel sularında boğularaq ölüb.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub, təfərrüatlar araşdırılır.