Füzuli rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Tədbir zamanı rayonun işğaldan azad edilmiş Qacar kəndi ərazisində çəkisi 217 kiloqram olan 1263 ədəd çətənə kolu aşkar edilərək məhv edilib