Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Rəvan Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.