Müsavat Partiyasında qurultaydan sonra narzıları təmsil edən Səxavət Əlisoy sosial şəbəkələrdə partiya başqanının müavini Gülağa Aslanlıya suallar ünvanlayıb və bu faktlara cavab verilməsini istəyib.
Səxavət Əlisoyun suallarını olduğu kimi təqdim dirik: “Hörmətli, Gülağa bəy, statuslarınızı və rəylərinizi izləyirəm. FAKT tələb edirsiniz. Bu da sizə 2 fakt, lütfən, cavab verin:
1. Qurultaydan sonra Səbayil rayonunda bir sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?
2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?
Cavidan