Lənkəran rayonunda 61 yaşlı kişi qatarın altında qalaraq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Lənkəran dəmiryolu stansiyasından təxminən 300 metr aralıda baş verib.
Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altında qalıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.