Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi tapılaraq ailəsinə təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.
Qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.