1 Dekabr 2021 20:14
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev "Facebook" səhifəsində qeyd edib.

"Diqqət dostlar, atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yanlış məlumat yayması aydın deyil.
Dostlar, xahiş olunur dəqiqləşdirilmədiyi halda yanlış məlumat yaymayasınız", - deyə o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra saytlarda Oqtay Gülalıyevin vəfat eməsi ilə bağlı xəbər yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər