Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə sabah məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Ermənistan vətəndaşı Sarqsyan İşxan Aşoti bildirib ki, əvvəllər məhkum olunmayıb. Məhkəmədən göndərilən sənədləri alıb və tanış olub.
O bildirib ki, mühəndis istehkam qoşunlarında çalışıb.
Rafaelyan Vladimir Otarin isə deyib ki, ailəlidir, 2 övladı var. Əvvəllər məhkum olunmadığını deyən Rafaelyan Vladimir Otarin mühəndis istehkam qoşunlarında çalışdığını bildirib.
Məhkəmədə təqsirləndirilən şəxslərin diqqətinə çatdırılıb ki, onlar istədiyi müdafiəçiyə malik ola bilər və ya müdafiəçidən imtina da edə bilərlər.
Eyni zamanda onlara məhkəmədə vəzifələri haqqında məlumat verilib.
Prosesdə qeyd olunub ki, dövlət ittihamını müdafiə edir Baş Prokurorluğun Dövlət İttihamı İdarəsinin prokuroru Zaur Qasımov.
Növbəti proses dekabrın 24-də davam edəcək.
***
15:20
Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə sabah məhkəmə prosesi keçirilir.
Teleqraf.com xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.
Hazırda proses davam edir.
***
10:13
Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə sabah məhkəmə prosesi başlayır.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Məhkəmənin hazırlıq iclasının bu gün saat 14.30-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İstintaq materiallarına əsasən, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti, mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci ildə, saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçiriblər.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62 – M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.