18 Noyabr 2014 14:05
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdəki çıxışında deyib ki, neftin qiymətinin uzun müddət aşağı düşməsi üçün səbəb yoxdur:

“1998-ci ildə də neftin qiyməti xeyli aşağı düşmüşdü. Lakin Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirdi. Əminəm ki, Azərbaycan iqtisadiyyatı hazırkı enmə proseslərinə də kifayət qədər hazırdır. Ötən dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 6 faiz artıb. Cari ildə də iqtisadi artım davam edəcək. Bütövlükdə artımın 2.5 faiz olacağı gözlənilir. 2014-cü ildə ölkədə infilyasiya proqnozlaşdırılandan da aşağı olub. Mərkəzi bank inflyasiyanı nəzərə alaraq pulun dərəcəsini aşağı endirmə siyasətini həyata keçirir. Azərbaycan bank sektoruna böhran zamanı kiçik yardım göstərdik, indi onlar bunu geri qaytarır. Biz bankların minumum tələbinin 50 milyona qaldırdıq. İndi onlar 1,8 dəfə artıb. Bir neçə problemli banklarla fərdi iş aparacağıq. Banklarda kifayət qədər vəsait var və normadan 2 dəfə çoxdur. Cari dövrdə əmanətlər 9 % artıb. Bankların faiz dərəcəsinin aşağı salması məsələsi var. Çünki nailiyyətləri var. Əhali də alternativ yollar axtarır, vəsaitlərinin şaxələndirməyə çalışır. Ölkənin maliyyə sektoru 1995-ci ildən bu yana 24 dəfə artıb”.

Milli Bankın sədri ipoteka mövzusuna xüsusilə toxunub. Deyib ki, bu məsələ indi olduqca müzakirə mövzusudur: “Dövlət İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərilir. Növbəti ildə ipoteka vəsaiti 50 milyon manat olacaq. Bütövlükdə ölkədə ipoteka portfeli 1 milyard manatdır. Bunun 600 milyonu İpoteka Fondu hesabına verilib. Bu günə qədər 14500 ailə ipoteka krediti alıb. İpoteka kreditləşməsi məsələsində dövlətin rolu az təminatlı ailələrin bu imkandan istifadə etməsini təmin etməkdir.

Bütövlükdə isə ipoteka krediti bankların və bazarın işi olmalıdır. Azərbaycanda ipoteka kreditləşməsinin tarixi heç 10 il deyil”.

E.Rüstəmov əlavə edib ki, kommeriya kreditlərinin liberallaşdırılması bankların üzərinə qoyulmalıdır: “Biz ipoteka kreditləri məsələsində alman modelini irəli sürürük. Burada əhali müəyyən müddətə kreditlər toplayır və sonradan ipoteka ala bilir. İndi buna tələb yüksəkdir. 1995-ci ildə Azərbaycanda adambaşına 27 dollar kredit düşürdü. Bu gün isə 2350 dollarıdır. Azərbaycan maliyyə bazarları inkişaf edir, amma tələbat ondan da çox inkişaf edir. Bizim işimiz bu təlabatı ödəməkdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər