Tərtər rayon polis şöbəsinin əməkdaşlarının partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satışı ilə məşğul olan 2 nəfər müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Faktlarla bağlı Z.Abışov və Ş.Əsədovun barələrində inzibati qaydada protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə inzibati qaydada cərimə ediliblər.