Gəncə sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeyd alınıb.
İlkin məlumata görə, 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin vanna otağında yıxılıb. Nəticədə o dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.Onun müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma başlanılıb