Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mirzə Vəliyev saxlanılıb.
Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, 4 ədəd kibrit qutularında kannabis bitkisinin toxumları və 12 ədəd güclü təsirediciliyə malik maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə M.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov tutulub.
O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1 150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi isə saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Zaqatala rayon polis çöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.