Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub. Hadisə zamanı təcili tibbi yardım avtomobili aşıb.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü başından yüngül xəsarət alıb, ölən yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.