Fevralın 14-də saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə baş vermiş yanğınla əlaqədar Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Nəsibov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.