21 Noyabr 2014 17:51
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən 17-21 noyabr tarixlərdə donor ölkələrinin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak edir.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı tərəfindən başçılıq edilir.

Səfərin təşkilində əsas məqsəd Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Dünyanın aparıcı ənənəvi və yeni donor ölkələri, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi proqram çərçivəsində Çadın yüksək dövlət və hökumət rəsmiləri, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər