4 İyul 2022 11:36
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda adam oğurluğu faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub.

Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov