14 Yanvar 13:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Abşeronda dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından 560 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər