Bakının Nəsimi rayonunda 17 yaşlı qız itkin düşüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, həmin gündən qızı barədə məlumat ala bilmədiyini qeyd edib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb.
“Dinara Hacıyeva barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.