22 Sentyabr 2022 22:25
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda baş verən yol qəzasının təfərrüatı məlum olub.

"Report"un Şimal burosunun məlumatına görə, işçiləri daşıyan 10-OF-572 dövlər qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən (şəxsiyyəti dəqiqləşdirilir-red) sürücunün idarə etdiyi "Chevrolet" markalı minik avtomobilini ötmə əməliyatı edərkən idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 16 nəfər xəsarət alıb. Yaralılardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Digər yaralıların müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

***

21:14

TƏBİB Şabranda baş verən qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

Teleqraf.com TƏBİB-ə istinadla xəbər verir ki, baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Qeyd edək ki, Şabran rayonunun Aygünlü kəndi ərazisində mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər