25 Sentyabr 2022 19:09
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə dünyanın ən böyük ərzaq bazarı olan "Ryunji"də güclü yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" xəbər verib.

Qeyd olunub ki, bazarda 12 mindən çox insan çalışır.

Fransanın paytaxtına və ətraf rayonlara məhsullar məhz "Ryunji" bazarından gətirilir. Orada meyvə-tərəvəz, ət, süd məhsulları, gül və s. satılır.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Yerli hakimiyyət yanğının qarşısının alındığını bildirib. Ehtimal olunur ki, yanğın tərəvəz və meyvə anbarında başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər