8 Oktyabr 2022 21:53
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım körpüsündə partlayan yük maşınının sahibi Samir Yusubov hadisədə iştirakının olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, onun videomüraciəti sosial şəbəkələrdə yayılıb.

“Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.

Yusubovun sözlərinə görə, yük maşını onun adına rəsmiləşdirilib, dayısı isə həmin maşında yük daşıyıb.

Hazırda Yusubovun yaxınları axtarılır, özü isə xaricdədir.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər