7 Dekabr 2022 15:39
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər