Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.
***
10:52
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da əhali hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.